Bakı. Trend:
Yaxın perspektivdə Azərbaycanın neft-qaz məhsulu ixracının artımı gözlənilir.
Trend-in məlumatına görə, bunu energetika nazirinin müavini Elnur Soltanov deyib.
Onun sözlərinə görə, Azərbaycan uzunmüddətli müqavilələr əsasında qaz ixracını həyata keçirir.
"Azərbaycanda qaz hasilatının artması ilə onun ixracı da, ixrac potensialı da artır. Aİ ölkələri ilə mövcud müqavilələrimiz əsasında Azərbaycan qazının bu ölkələrə ixracı artır. Həmçinin, tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində ölkəmiz üçün yeni imkanlar açılır, qaz ixracı və onun maliyyələşdirilməsi üzrə bütün tədbirləri müvafiq konsorsium görür. Bu tədbirlər Azərbaycanın milli və iqtisadi maraqlarına cavab verir", - deyə o bildirib.
E.Soltanov yaxınmüddətli perspektivdə də neft-qaz məhsullarının ixracının artımını qeyd edib.
(Tərcümə: Orxan Nəbiyev)