Bakı. Trend:
2022-ci ilin birinci rübü ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 12 milyon kubmetr, ümumilikdə isə 1 milyard kubmetr səmt qazı təhvil verilib.
Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.
Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
2021-ci ilin birinci rübündə bu göstərici 11,6 milyon kubmetr təşkil edirdi. Beləliklə, il ərzində AÇG-dən səmt qazının təhvil verilməsi 3,4 faiz artıb.
Qeyd edək ki, AÇG-də iştirak payları aşağdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş (2,31%)
(Tərcümə: Orxan Nəbiyev)