...

TAP vasitəsilə İtaliyaya tədarük edilən qazın həcmi açıqlanıb

Energetika Materials 28 May 2022 14:23 (UTC +04:00)
TAP vasitəsilə İtaliyaya tədarük edilən qazın həcmi açıqlanıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik qaz kəmərinin (TAP) istifadəyə verilməsindən bu günədək İtaliyaya 10 milyard kubmetrdən çox qaz nəql olunub.

Trend-in məlumatına görə, bu barədə TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.

O bildirib ki, layihə yüksək ekoloji standartlara uyğun icra olunaraq tamamlanıb.

"Hazırda boru xətti İtaliyanı alternativ enerji daşıyıcıları tədarükləri ilə təchiz edir. TAP, həmçinin əlavə qaz həcmləri, o cümlədən hidrogen qarışığı, bərpa olunan və ya az karbonlu qazlar nəql edə və bununla da davam edən enerji keçidini dəstəkləyə bilər", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan qazını Avropaya daşıyan TAP vasitəsilə nəql 2020-ci il dekabrın 31-dən etibarən başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti