...

Rumıniya və Azərbaycan "yaşıl" enerji istehsalında dəhlizi təmin edə bilər - Nazir

Energetika Materials 2 İyun 2022 11:50 (UTC +04:00)
Rumıniya və Azərbaycan "yaşıl" enerji istehsalında dəhlizi təmin edə bilər - Nazir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniya və Azərbaycan "yaşıl" enerji istehsalında dəhlizi təmin edə bilər.

Trend-in məlumatına görə, bunu Rumıniyanın energetika naziri Vircil Popesku Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

"Biz Azərbaycan, Gürcüstan və daha sonra Avropaya keçməklə alternativ enerji tədarükü üçün "yaşıl" dəhliz yarada bilərik", - deyə o bildirib.

Nazirin sözlərinə görə, bu gün Rumıniya enerji ehtiyatlarının şaxələndirilməsi imkanlarını nəzərdən keçirir və bu kontekstdə Azərbaycan vacib rol oynayacaq.

V.Popesku əlavə edib ki, iyunun sonunadək Qara dənizdə ilk qaz həcmlərinin hasilatı planlaşdırılır və bu ehtiyatlar qonşu ölkələrə kömək edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti