Bakı. Trend:
Azərbaycanda neft-qaz sektorunun rəqəmsallaşması üzərində işləmək lazımdır.
Trend-in məlumatına görə, bunu "Equinor" şirkətinin beynəlxalq kəşfiyyat və hasilat üzrə vitse-prezidenti, Azərbaycan üzrə meneceri Stiq Otland Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.
"Bizim Azərbaycanla yüksək səviyyəli əməkdaşlığımız var və onu qlobal səviyyəyə çıxarmaq lazımdır. İndi daha məhsuldar əməkdaşlıq üçün rəqəmsal məlumatlar bazasında mövcud olan bəzi boşluqları doldurmaq lazımdır", - deyə o bildirib.
Onun sözlərinə görə, yeni yataqların işlənməsi üçün lazım olan məlumatların sistemləşdirilməsi və rəqəmsallaşdırılması lazımdır.
"Əgər neft-qaz biznesində, o cümlədən enerji keçidində uğurlu olmaq istəyiriksə, məlumat mübadiləsi aparmalıyıq", - S.Otland deyib.
(Tərcümə: Orxan Nəbiyev)