Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 21-də 116,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,65 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 114,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,81 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3,17 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 110,62 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,12 dollar/barel azdır.