...

Azərbaycan nefti dörd dollardan çox bahalaşıb

Energetika Materials 24 Avqust 2022 10:12 (UTC +04:00)
Azərbaycan nefti dörd dollardan çox bahalaşıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 23-də 101,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,47 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 99,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,44 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 77,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 4,56 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 98,43 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 4,59 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti