Bakı. Trend:
Azərbaycan Energetika Nazirliyi offşor enerjisi, bərpa olunan enerji, "yaşıl" enerjinin Avropa nəqli layihələri üzrə Dünya Bankı ilə əməkdaşlıq edir.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov "Dəyişən qlobal iqtisadiyyatın artım perspektivləri" adlı tədbir zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan bu gün enerji keçidinə hazır olan azsaylı ölkələrdən biridir.
"Bizim sürətli və səmərəli enerji keçidi üçün müvafiq strategiyamız var. Bu proses müəyyən şərtlər, o cümlədən enerji təhlükəsizliyini tələb edir. Azərbaycan, məlum olduğu kimi, Avropa ölkələrinə xam neft, qaz və elektrik enerjisi tədarükçüsüdür və biz bir sıra ölkələrin enerji təhlükəsizliyini təmin edirik", - deyə o bildirib.