...

Misir iki il ərzində neft-qaz sektoruna 8 milyard dollar cəlb etmək niyyətindədir

Energetika Materials 18 Sentyabr 2022 06:32 (UTC +04:00)
Misir iki il ərzində neft-qaz sektoruna 8 milyard dollar cəlb etmək niyyətindədir

Bakı. Trend:

İki il ərzində Misir iqtisadiyyatının neft-qaz sektoruna 8 milyard dollara yaxın investisiya cəlb olunacaq.

Trend-in məlumatına görə, bu barədə Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyinin rəsmi nümayəndəsi Həmdi Abdel Əziz deyib.

"Nazirlik 2022-2023-cü illərdə ölkənin neft-qaz sektoruna 8 milyard dollar sərmayə qoyulmasını hədəfləyir", - deyə Həmdi Abdel Əziz qeyd edib.

O əlavə edib ki, Qahirə hazırda “quyuların qazılması, yeni yataqların tədqiqi və kəşfiyyatı üzrə proqramların icrasının sürətləndirilməsi üzərində” işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti