...

ABŞ Orta Dəhlizin inkişafını dəstəkləyir - ABŞ ticarət nazirinin köməkçisi

Energetika Materials 4 Aprel 2023 17:26 (UTC +04:00)
ABŞ Orta Dəhlizin inkişafını dəstəkləyir - ABŞ ticarət nazirinin köməkçisi
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Orta Dəhlizin inkişafını dəstəkləyir.

Trend xəbər verir ki, bu barədə Bakıda səfərdə olan ABŞ ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi və ölkənin Xarici Ticarət Xidmətinin baş direktoru Arun Venkataraman çərşənbə axşamı mətbuat konfransında deyib.

"ABŞ Orta Dəhlizin inkişafını və təkcə Azərbaycan hökumətinin deyil, həm də regiondakı bütün dostlarımızın Orta Dəhlizin müvəffəqiyyətinin əldə olunması istiqamətində səylərini qətiyyətlə dəstəkləyir", - o deyib.

A.Venkataraman bildirib ki, daha etibarlı və operativ Orta Dəhlizin mövcudluğunun təmin edilməsi daha geniş regionda ticari axına şərait yaradacaq və dəhliz boyu yerləşən bütün ölkələrə fayda gətirəcək.

"Tərəfdaşlığımız çərçivəsində Azərbaycanın, habelə digər ölkələrin hökumətlərini dəstəkləmək üçün imkanlarımız, o cümlədən müxtəlif proqramlarla dəstək imkanlarımız mövcuddur", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti