Bakı. Trend:
İstismara verildikdən etibarən "Şahdəniz" yatağından təqribən 189 milyard kubmetr qaz hasil olunub.
Trend bu barədə cümə günü bp-yə istinadən xəbər verir.
Yataqdan kondensat hasilatı bu dövr ərzində 41 milyon ton olub.
2023-cü ilin ilk üç ayında "Şahdəniz" yatağından ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və 1 milyon tondan çox (təqribən 9 milyon barel) kondensat hasil edilib.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 74 milyon (ildə təqribən 27 milyard) standart kubmetrdir.
Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%).
Twitter: @Lyaman_Zeyn