...

Azərbaycan neftinin qiyməti 77 dolları ötüb

Energetika Materials 16 İyun 2023 10:47 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti 77 dolları ötüb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 15-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,80 bahalaşaraq 77,76 dollar olub.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir. Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,82 dollar bahalaşaraq 76,33 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,71 dollar bahalaşaraq 52,78 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti iyunun 15-də 0,64 dollar ucuzlaşaraq 74,51 dollar olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti