...

"Brent" markalı neftin qiyməti 86 dollardan aşağı düşüb

Energetika Materials 5 Oktyabr 2023 02:47 (UTC +04:00)

Bakı. Trend:

"Brent" markalı neftin bu ilin oktyabr fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında avqustun 31-dən bəri ilk dəfə bir barel üçün 86 dollardan aşağı düşüb.

Trend-in məlumatına görə, bu barədə ticarət platformasından məlumat verilib.

Məlumata əsasən, "Brent" markalı neftin qiyməti 0,07 faiz azalaraq 85,97 dollar/barel təşkil edib.

Bakı vaxtı ilə saat 01:35 üçün "Brent" markalı neftin qiyməti bir barel üçün 86,00 dollara (-0,04 faiz) satılıb. Eyni zamanda, 2023-cü ilin oktyabrında çatdırılacaq "WTI" markalı neftin fyuçersləri 4,79 faiz azalaraq bir barel üçün 84,44 dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti