...

bp "Azəri-Çıraq-Günəşli"də əməliyyat xərclərini artırıb

Energetika Materials 12 Fevral 2024 17:48 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

bp və tərəfdaşlarının Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunda əməliyyat xərcləri 2022-ci ildəki 470 milyon dollarla müqayisədə 2023-cü ildə müvafiq olaraq təqribən 504 milyon dollar olub.

Trend bu barədə bp-yə istinadən xəbər verir.

Beləliklə, illik hesablamada əməliyyat xərcləri 7,2 faiz artıb.

Eyni zamanda, layihə üzrə əsaslı xərclər ötən il 2022-ci ildəki 1,624 milyard dollarla müqayisədə, 1,518 milyard dollar olub ki, bu da illik hesablamada 6,5 faiz azalma deməkdir.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).

2023-cü il dekabr ayının sonunda SOCAR "Equinor" şirkətinin "Azəri-Çıraq-Günəşli"dəki payını satın alıb. İştirak paylarının alınmasına dair əqdlər bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti