...

CQD və "yaşıl enerji" üzrə iclaslarda məhsuldar müzakirələr aparılıb - Nazir

Energetika Materials 1 Mart 2024 14:48 (UTC +04:00)
CQD və "yaşıl enerji" üzrə iclaslarda məhsuldar müzakirələr aparılıb - Nazir
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Martın 1-də Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurasının 10-cu iclası və "yaşıl enerji" üzrə ikinci iclasda məhsuldar müzakirələr aparılıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

"Bu il bu iclaslar yüksək səviyyəli iştirakçıların geniş tərkibi, regional enerji təhlükəsizliyini təmin edən layihələrimiz böyük maraqla yadda qalıb", - deyə məlumatda deyilir.

Nazirin sözlərinə görə, enerji keçidi və enerji tərəfdaşlığının möhkəmləndirilməsi üzrə səmərəli müzakirələr aparılıb.

"Məşvərət Şurası çərçivəsində görüşlər "yaşıl artım" təşəbbüslərimizə və ekoloji təmiz mənbələr vasitəsilə Avropanın enerji təchizatının şaxələndirilməsinə imkan yaradıb", - deyə nazir paylaşımda bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti