...

SOCAR dekarbonizasiya sahəsində öz məqsədlərinə nail olmaq üçün novatorlarla fəal əməkdaşlıq etməyə hazırdır - Rövşən Nəcəf

Energetika Materials 27 İyun 2024 12:36 (UTC +04:00)
SOCAR dekarbonizasiya sahəsində öz məqsədlərinə nail olmaq üçün novatorlarla fəal əməkdaşlıq etməyə hazırdır - Rövşən Nəcəf
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dekarbonizasiya sahəsində öz məqsədlərinə nail olmaq və süni intellektin tətbiqi üçün novatorlarla fəal əməkdaşlıq etməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "Baku Investment Day (BakuID24)" tədbirində deyib.

O, innovasiyaların vacibliyini və müəssisələrin inkişafındakı rolunu qeyd edib.

"SOCAR təkcə neft-qaz şirkəti deyil, həm də bərpa olunan enerji mənbələrini özündə birləşdirən enerji şirkəti olmaq üçün fəal şəkildə çalışır. Şirkət Azərbaycanın və tərəfdaşlarının enerji təhlükəsizliyini təmin etmək üçün neft və qaz hasilatını davam etdirir, lakin bunu dayanıqlı inkişafı nəzərə alaraq edir", - o deyib.

Onun sözlərinə görə, SOCAR dayanıqlılığa nail olmaq üçün dekarbonizasiya və CO2 emissiyalarının azaldılmasını investisiya və satınalma qərarlarından başlayaraq, bütün proseslərinə tətbiq edir.

"Şirkət 2050-ci ilədək karbon emissiyalarının sıfır səviyyəsinə nail olmaq və 2035-ci ilədək metan tullantılarını minimallaşdırmaq hədəflərini açıqlayıb. Bu iddialı planların həyata keçirilməsi startaplar və tədqiqatçılara təqdim oluna biləcək yeni texnologiya və innovasiyaları tətbiq etmədən mümkün deyil", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti