Bakı. Trend:
Ötən il üzrə Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri məlum olub.
Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"2024-cü ildə Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 2023-cü illə müqayisədə 11,7% artaraq 3,6 milyard manat təşkil edib", - paylaşımda qeyd olunub.