...

Son iki ayda Rumıniya Azərbaycandan 286 min ton neft alıb

Energetika Materials 21 Mart 2025 15:05 (UTC +04:00)
Son iki ayda Rumıniya Azərbaycandan 286 min ton neft alıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Rumıniyaya 164 milyon ABŞ dolları dəyərində 286,5 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 71,7 milyon ABŞ dolları və ya 1,8 dəfə, həcm ifadəsində isə 121 min ton və ya 1,7 dəfə çoxdur.

Dövr ərzində Rumıniya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandan ümumilikdə 2,7 milyard ABŞ dolları dəyərində 4,8 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə dəyər baxımından 153,2 milyon ABŞ dolları və ya 5,4%, həcm ifadəsində isə 182,9 min ton və ya 4% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti