...

Şavkat Mirziyoyev Pərviz Şahbazovu qəbul edib (FOTO)

Energetika Materials 5 Dekabr 2025 16:50 (UTC +04:00)
Şavkat Mirziyoyev Pərviz Şahbazovu qəbul edib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovu qəbul edib.

Trend Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazir Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb.

Görüşdə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Bütün istiqamətlərdə əlaqələr, ticarət dövriyyəsinin davamlı artımı, eləcə də enerji sahəsi daxil olmaqla uğurlu əməkdaşlıq məmnunluqla qeyd edilib.

Neft-qaz, geoloji kəşfiyyat, “yaşıl enerji” və kimya sənayesinin inkişafında birgə layihələrin əhəmiyyəti vurğulanıb.

Xəbər lenti

Xəbər lenti