...

Hindistan Neft Korporasiyası Azərbaycanla mümkün əməkdaşlıq imkanlarını nəzərdən keçirir

Energetika Materials 9 Dekabr 2025 11:07 (UTC +04:00)
Hindistan Neft Korporasiyası Azərbaycanla mümkün əməkdaşlıq imkanlarını nəzərdən keçirir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Indian Oil Corporation" (Hindistan Neft Korporasiyası) Azərbaycanla mümkün əməkdaşlıq potensialını nəzərdən keçirir.

Bunu Hindistan Neft Korporasiyasının (Indian Oil Corporation) layihələr üzrə baş meneceri Trinat Saho Bakıda keçirilən "Asset Integrity & Corrosion and Coatings Conference" tədbiri çərçivəsində Trend-ə açıqlamasında deyib.

O bildirib ki, "Indian Oil" şirkətində həm də integritet üzrə rəhbər vəzifəsini daşıyır və burada əldə etdiyi təcrübəni bölüşmək niyyətindədir. Baş menecer, konfrans zamanı karbon kompozitləri və digər innovativ məhsulların nümayiş olunduğu stendləri də izləyib və bu məhsulların öz təşkilatında istifadəsini düşünəcəyini söyləyib.

Saho həmçinin Azərbaycandakı şirkətlərlə əməkdaşlıq imkanlarını da dəyərləndirib.

"Yeni məhsullar və texnologiyalarla tanış olduqdan sonra fikir mübadiləsi aparmaq niyyətindəyik. Buradakı məhsullar çox yenidir. Görək ideyalarımızı necə dəyişə və əməkdaşlıq imkanlarını araşdıra bilərik”, – deyə o əlavə edib.

"Ümumilikdə, tədbir çərçivəsində Azərbaycanın neft-qaz sektoru üzrə təcrübələrindən faydalanmaq niyyətindəyik. Eyni zamanda öz təcrübələrimizi və yeni layihələrimizi də təqdim etməyə və müvafiq əməkdaşlığa hazırıq", - şirkət rəsmisi vurğulayıb.

Layihələr üzrə baş menecer yekunda tədbirlə bağlı təəssüratlarını da bölüşüb: "Konfrans çox peşəkar şəkildə təşkil olunub və proqram çox faydalıdır. Konfrans çox gözəl keçir. Proqramlar çox yaxşıdır. Açılış mərasiminə qatıldım və çox xoş təəssürat aldım. Proqram broşurasını incələdikdə gördüm ki, çox əhatəli və dərin müzakirələr aparılacaq. Tədbirin təşkili diqqətlə hazırlanıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti