...

AZƏRBAYCAN NEFTİNİN QİYMƏTİ ARTMAQDA DAVAM EDİR

Energetika Materials 21 İyun 2005 12:32 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən,iyunun 20- də bir barel AZERI LT CIF neftinin qiyməti$56, 78 təşkil edib ki, bu da əvvəlki qiymətə nisbətən $0,27 çoxdur. AZERI LİGHT neftinin sıxlığı API üzrə 34,9 dərəcə, kükürdün həcmi 0,14% təşkil edir.

İyunun 20- də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $52,89 təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayisədə $0,17 artıb. URAL (EX-NOIO) neftinin sıxlığı API üzrə 32 dərəcə, kükürdün həcmi 1,3% təşkil edir.

İyunun 20- də bir barel Brent (DTD) neftinin qiyməti $57,06 təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayisədə $0,11 artıb. Brent (DTD) neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Xəbər lenti

Xəbər lenti