2005-ci ilin yanvar-iyul ayları ərzində Azərenerji SC saatda 13,198 mlrd kVt-dan çox elektrik enerjisi istehsal edib. Trend in məlumatına görə, bu barədə Azərenerjinin Mərkəzi dispetçer idarəsindən ASC-nin mətbuat xidmətinə istinadən bildirilib.
Su elektrik stansiyalarının payına saatda 205,555 mln kVt, istilik elektrik stansiyalarının payına isə saatda 11,435 mlrd kVt enerji istehsalı düşüb.
Bununla yanaşı, göstərilən aylar ərzində Rusiya (saatda 613,509 mln kVt), İran (saatda 367,639 mln kVt) və Türkiyə (saatda 240,969 mln kVt) ilə elektrik enerjisi planlı şəkildə verilib.
İyul ayında sistemdə saatda 1,628 mlrd kVt-dan çox elektrik enerjisi istehsal edilib. Bu, keçən ilin göstəricisindən 9,3% çoxdur. Su elektrik stansiyaları saatda 204 mln kVt, istilik elektrik stansiyaları isə saatda 1,42 mlrd kVt enerji istehsal edib.
Enerji mübadiləsi nəticəsində Rusiyadan saatda 97,474 mln kVt, İrandan 44,268 mln kVt, Türkiyədən 28,459 mln kVt elektrik enerjisi alınıb.