...

Barmek Azərbaycan noyabrın 15-dən qış rejiminə keçir

Energetika Materials 15 Noyabr 2005 12:22 (UTC +04:00)

Barmek Azərbaycan (Bakı və Sumqayıt enerji paylayıcı şəbəkələr operatoru) noyabrın 15-dən qış rejiminə keçir. Bu barədə Trend ə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, qış mövsümündə sərf olunan elektrik enerjisinin həcmi 2 dəfə artır. "Buna görə də texniki direktorlara, elektrik enerejisinin istismarı və satış idarələrinin rəislərinə qəza hallarının operativ surətdə aradan qaldırılması üçün lazımi avadanlıqları səfərbər etmək tapşırığı verilib", - deyə o qeyd edib.

T.Mustafayev, lazım gəldikdə məhdudiyyətlərin tətbiq olunacağını istisna etməyib. "Əgər transformatorların yüklənməsi faktları aşkar olunsa, biz sistemin müdafiəsi məqsədilə məhdudiyyət tətbiq edəcəyik", - deyə o əlavə edib.

Şirkət əhaliyə dünya standartlarına uyğun elektrik avadanlıqlarından istifadə etməyi məsləhət görür. Qəza hallarının operativ surətdə aradan qaldırılması üçün 24 saat ərzində 199 nömrəli Barmek Azərbaycan qəza xidməti fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti