...

ARDNŞ MİƏİ balans hesabatı auditorunun seçilməsi üçün tenderin bağlanmasını təxirə salıb

Energetika Materials 23 Dekabr 2005 17:31 (UTC +04:00)

ARDNŞ-in marketinq və iqtisadi əməliyyatlar İdarəsi (MİƏİ) 2005-ci il ərzində ilkin balans hesabatı auditorunun seçilməsi üçün tenderin bağlanmasını təxirə salıb. Bu barədə Trend ə ARDNŞ-də bildirilib.

Tenderin keçirilməsi müddətinin uzadılmasının səbəbi müsabiqə iştirakçılarının sayının az olmasıdır. "Azərbaycan qanunvericiliyinə əsasən, tenderdə ən azı üç şirkət iştirak edərsə həmin tender baş tutmuş hesab olunur.Bu gün isə bu tenderdə təkcə iki şirkət vardır. Tenderin bağlanması müddəti indi uzadılıb və 2006-cı il yanvarın 9-dək planlaşdırılır" -deyə ARDNŞ-də bildirilib.

Nazirlər Kabineti ARDNŞ MİƏİ-nə 2008-ci il yanvarın 1-dən beynəlxalq maliyyə hesabatı standartlarına (BMHS) keçməyi tapşırıb. 2008-ci ilin yanvarın 1-dən BMHS-ə keçid üçün 2006-cı ildə İdarə özünün qiymətləndiricilər tərəfindən tanınmış əsas vəsaitlərini aparmalı və 2005-ci il dekabrın 31-nə əsas vəsaitlərin qimətləndirilməsinin nəticələri daxil olan ilkin balans hesabatının auditini keçirməlidir. 2007-ci ildə BMHS ilkin maliyə hesabatının balans hesabatı, maliyyə nəticələrinə dair hesabat, xüsusi kapitalda dəyişikliklərin hesabatı və pul vəsaitlərinin dövriyyəsinə dair hesabatı əhatə edən tam paket hazırlamalıdır. 2008-ci ildə İdarə 2007-ci ilin 31 dekabrına maliyyə hesabatının BMHS-ə tamamilə uyğun olan ilk komplektini hazırlaya bilər.

Xəbər lenti

Xəbər lenti