...

Azərbaycan noyabra kimi Rusiyadan 1 kVt/s üçün 3,636 sent qiymətində elektrik enerjisi alacaq

Energetika Materials 27 Yanvar 2006 16:36 (UTC +04:00)

Bu il noyabrın 30-na kimi Azərbaycan Rusiyaya gecə saatları üçün 350 mln. kVt/s həcmində 1 kVt/s üçün qiyməti 1,6 sent olan elektrik enerjisi satacaq. Öz növbəsində Rusiya tərəfi Azərbaycana gündüz saatlarında 1 kVt/s gündüz saatının qiyməti 3,636 sent olan 1 mlrd kVt/s elektrik enerjisi tədarük edəcək. Bu barədə Trend ə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Rusiyadan alınan elektrik enerjisinin hesabına Azərbaycan hazırda 400 MVt dəyərində qiymətləndirilən enerji kəsirinin yerini dolduracaq. Bundan əlavə, bu ilin fevral ayında Azərbaycan Mingəçevirdəki İES-nın (300-320 MVt) beşinci enerji blokunu və Astaradakı modul elektrik stansiyasını (90 MVt) istismara vermək niyyətindədir.

Ötən il ərzində Rusiyadan Azərbaycana 1 mlrd 033 kVt/s elektrik enerjisi verilib. Satış 1 kVt/s 2,8 sentə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti