...

Dövlət Neft Şirkəti Novorossiysk limanından neft satışı üzrə tender elan edib

Energetika Materials 3 Fevral 2006 13:26 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2006-cı ilin fevralında Novorossiysk limanından FOB bazisli 60 min ton Urals neft sortunun satışı ilə bağlı tender elan edib. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

"Neft partiyasının fevralın 26-27 -də Novorossiysk terminalındakı 7,8 saylı körpüdən yüklənəcəyi gözlənilir", - deyə ARDNŞ-dən bildirilib.

2005-ci ildə ARDNŞ Novorossiysk limanından 2004-cü ildəki 2,559 mln tona qarşı 1,631 mln ton neft yola salıb. 2005-ci ilin dekabrında Novorossiyskdən neftin daşınması bir ay əvvəlki 167,2 min tona qarşı 86,5 min ton və 2004-cü ilin dekabrındakı 166,3 min ton təşkil edib.

2005-ci ildə bütün şirkətlər arasında Glencore treyderi ARDNŞ-dən Novorossiyskdən ən çox - 557 min ton neft alıb. İkinci yeri 464 min tonla LUKOIL tutub.

2006-cı ilin əvvəlindən ARDNŞ-dən neft partiyasını aşağıdakı şirkətlər alıb:

Yanvar - Glencore (85 min ton);

Fevral - Taurus Petroleum (140 min ton).

Xəbər lenti

Xəbər lenti