...

Azərbaycan Gürcüsğana təbii qazın verilməsini dayandırıb

Energetika Materials 6 Fevral 2006 17:16 (UTC +04:00)

Azərbaycan Gürcüstana öz təbii qazının verilməsini tam dayandırıb. Bu barədə Trend ə "Azəriqaz" qapalı səhmdar cəmiyyətindən məlumat verilib. Azərbaycan tərəfi yanvarın 23-dən Gürcüstana Mozdok -Tbilisi qaz kəmərindəki qəza ilə əlaqədar öz daxili imkanları hesabına sütka ərzində 2 mln kubmetr qaz verib. Hazırda Gürcüstana Rusiya qazının verilişi tam həcmdə bərpa edilib.

Bununla yanaşı, Gürcüstan tərəfi ötən ayın sonlarında imzalanan müqaviləyə görə, İrandan qaz almaqda davam edir. Bu razılaşma çərçivəsində İran Gürcüstana 15 gün ərzində 30 mln kubmetr qaz verəcək.

Azərbaycan öz ərazisindən İran qazının öz ərazisi vasitəsilə nəqli üçün tranzit haqq alacaq. QSC-dən verilən məlumata görə, bu məbləğ MDB məkanında qazın nəqli üçün tətbiq edilən tariflərə uyğun gələcək.

Xəbər lenti

Xəbər lenti