...

Fevralın 15-də BTC ilə neft Türkiyədəki ikinci nasos stansiyasına çatacaq

Energetika Materials 10 Fevral 2006 16:05 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql olunan Azərbaycan nefti fevralın 15-də Ərzurum (Türkiyə) vilayətinin Pasinlər rayonunda yerləşən ikinci nasos stansiyasına çatacaq. Bu barədə Trend Türkiyə KİV-ə istinadən bildirir. Məlumata əsasən, Türkiyədə neft borusu sahəsində 2006-cı il fevralın 1-i üçün tikinti işləri 99.77% başa çatıb.

Qeyd edək ki, Azərbaycan nefti Gürcüstan-Türkiyə sərhədini 2005-ci il noyabrın 17-də keçib və bir gündən sonra dövlət sərhədindən 108 km məsafədə yerləşən birinci nasos stansiyasına çatıb.

Bununla belə, bildirilir ki, üçüncü nasos stansiyasında inşa işləri hələ də davam etdirilir.

Ceyhan limanında 2,5 km. neft terminalı da istismara hazırdır. Terminal eyni vaxtda 2 tanker yüklənməsi üçün hesablanıb.

Xatırladaq ki, bütün boru kəməri boyu 8 nasos, 3 təmizləyici və 100 doldurucu stansiya fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti