...

PCH Offshore-un işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

Energetika Materials 2 Mart 2006 18:30 (UTC +04:00)

Martın 2 -də Bakının Səbail məhkəməsində PCH Offshore şirkətinin işdən qovulmuş əməkdaşlarından birinin işi üzrə hazırlıq iclası keçirilib. Bu barədə Trend ə Azərbaycanın Neft və Qaz Sənayesi işçilərinin həmkarlar İttifaqının Respublika Komitəsinin (NQSİHİ RK) rəhbəri Cahangir Əliyev bildirib. Samir Nətiyevin iddiası üzrə ilk iclasda hər iki tərəfin versiyası dinlənilib.

İddiaçının hüquqlarını BosShelf şirkətinin hüquqşünası olan Azər Quliev müdafüiə edib. PCH Offshore tərəfdən iclasda şirkətin hüquqşünası Mehman Sultanov təmsil olunub.

"Məhkəmənin qərarı ilə S.Nəbiyevin işi üzrə növbəti məhkəmə iclası martın 13-ə təyin edilib", -deyə C.Əliyev bildirib.

Komitənin rəhbəri bildirib ki, ikinci iddiaçı Vüsal Cəfəorovun iddiası ilə bağlı iş üzrə hazırlıq iclası martın 3-də keçiriləcək.

"Bütün işlərin təşəbbüskarı həmçinin, məsələnin bütün maliyyə tərəflərini həll edən komitədir", - deyə C.Əliyev bildirib.

İddiaçıların əsas tələbi onların şirkətdə əvvəlki iş yerlərinə bərpa olunmalarıdır.

Xəbər lenti

Xəbər lenti