...

Bakıda BTC Co-nun Direktorlar Şurasının iclası keçirilir

Energetika Materials 26 Aprel 2006 16:44 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Bakıda BTC Co-nun Direktorlar Şurasının iclası keçirilir ki, burada Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikinti layihəsinin gerçəkləşdirilməsi və onun gerçəkləşdirilməsində baş verən ləngimələrlə əlaqədar xərclərin mümkün artımı nəzərdə tutulur.

Kəmərin Türkiyənin ərazisinə düşən sahəsinin tikintisi ilə məşğul olan Botaş şirkəti hazırda BTC Co-dan 400 mln dollar tələb edir. Şirkət bəyan edir ki, işlərin gerçəkləşdirilməsi zamanı marşruta edilən dəyişikliklər, şirkətə aidiyyatı olmayan yubanmalar və əlavə avadanlığın alınması layihənin dəyərinin artmasına gətirib çıxarıb.

Baqşa podryatçılar da BTC Co şirkətinə qarşı maliyyə iddiası ilə çıxış edir. Bu iddialara baxılacaq və əsaslı olduğu aşkarlandıqda onlara vəsait ödəniləcək.

Xəbər lenti

Xəbər lenti