...

4 ay ərzində ABƏŞ 6 mln. tondan artıq Azeri Light nefti hasil edib

Energetika Materials 5 May 2006 19:14 (UTC +04:00)

2006-cı ilin yanvar-aprel aylarında "Azəri"-"Çıraq"-"Günəşli" dəniz yataqları blokunu işlədən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) müqavilə sahəsində 6,369 mln. tondan çox Azeri Light nefti hasail edib ki, bu da ötən ilin analoji müddətilə müqayisədə 2,908 mln. ton çoxdur. Bu artım ötən ilin fevralında "Mərkəzi Azəri" yatağında, bu ilin yanvarında isə "Qərbi Azəri" yatağında hasilatın başlanması ilə izah oluna bilər.

2006-cı ilin yanvar-aprel aylarında "Çıraq" yatağında neft hasilatının həcmi 2,442 mln. ton təşkil edib (ötən ilin analoji dövründə bu göstərici 2,357 mln. ton idi). "Azəri" yatığanda 2006-cı ilin yanvar-aprel aylarında bu göstərici 3,927 mln. ton neft çıxarılıb ( ötən ilin analoji dövründə bu göstərici 551,05 min ton idi).

2006-cı ilin aprelində ABƏŞ-in payına 1,711 mln. ton neft düşür ki, bu da ötən ilki göstəricidən 853 min ton çoxdur. Eyni zamanda 2006-cı ilin aprelində "Çıraq" yatağında neft hasilatı 617,176 min ton təşkil edib (ötən ilin analoji dövründə bu göstərici 589,45 min ton idi). 2006-cı ilin aprelində "Azəri" yatağında 1,094 mln. ton neft çıxarılıb (ötən ilin analoji dövründə bu göstərici 269,2 min ton idi).

Xəbər lenti

Xəbər lenti