...

ARDNŞ prezidenti Heydər Əliyev adına dərin özüllər zavodunun işi ilə tanış olub

Energetika Materials 23 May 2006 16:13 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna baş çəkərək, son dövrdə müəssisədə aparılan yenidənqurma işləri ilə yaxından tanış olub. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-in mətbuat xidməti məlumat verir.

ARDNŞ prezidenti yeni təmirdən çıxan və fəaliyyətini bərpa edən qaynaq elektrodları sexinə, burada istifadə olunan avadanlıqlara baxış keçirib.

Müəssisədə inşa edilmiş, ancaq dənizə göndərilməmiş dayaq blokları hasilat platformasının qurulması üçün istifadə ediləcək. Xüsusilə, ARDNŞ-in 2007-ci ildə "Qarabağ" yatağından hasilata başlaması üçün zavod ərazisində yerləşən dayaq bloklarından birinin istifadəsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti