...

Rusiyanın iri neft şirkəti nümayəndələrinin Bakıya səfəri gözlənilir

Energetika Materials 17 İyul 2006 11:45 (UTC +04:00)

Bu həftə "Rusneft" şirkəti nümayəndələrinin Bakıya səfəri gözlənilir. Nümayəndələr Azərbaycan Dövlət Neft Şirkəti ilə PSA tipli müqavilənin imzalanması imkanlarına dair danışıqlar aparmaq niyyətindədir.

ARDNŞ-dən Trend ə verilən məlumata görə, tərəflər Azərbaycan yataqlarının işlənməsi üzrə əsas kommersiya prinsiplərini müzakirə etməyi planlaşdırır.

""Rusneft"in maraqlandığı bir neçə perspektivli sahələr mövcuddur və şirkətin müzakirə etmək niyyətində olduğumuz bir sıra təklifləri var", - deyə ARDNŞ-dən bildirilib. Qeyd edək ki, əvvəllər ARDNŞ və "Rusneft" ölkənin bir neçə yatağı üzrə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıb.

Yanvar-iyun aylarında ARDNŞ öz vəsaiti hesabına dənizdə və quruda yerləşən yataqlardan təxminən 3,9 mln ton neft hasil edib ki, bu da demək olar ki, 2005-ci ilin 1-ci yarısında xammal istehsalının həcminə bərabərdir.

Xəbər lenti

Xəbər lenti