...

Gürcüstan Azərbaycana olan elektrik enerjisi borcunu qaytarmağa başlayıb

Energetika Materials 18 Avqust 2006 16:36 (UTC +04:00)

Gürcüstan tərəfi Azərbaycana elektrik enerjisi borcunu qaytarmağa başlayıb. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətindən cəmiyyətin baş mühəndisi Saleh Məmmədova istinadən məlumat verilib.

Gürcüstan Azərbaycana təxminən 17 mln kVt elektrik enerjisi qaytaracaq. Bu borc 90-cı illərdə Gürcüstana elektrik enerjisinin tədarük olunması nəticəsində əmələ gəlib. Gürcüstan tərəfi ümumi həcmi 32 mln kVt olan elektrik enerjisinin təxminən 15 mln kVt-nı qaytarıb. Yerdə qalan 17 mln. kVt elektrik enerjisi isə gələcəkədə qaytarılacaq.

Hazırda Gürcüstan Azərbaycana sutkada təxminən 1 mln kVt elektrik enerjisi verir. Beləliklə, borcun sentyabrın əvvəllərində tam ödənilməsi nəzərdə tutulur.

Ölkələr arasında fövqəladə hallarda energetika idarələrinin əməkdaşlığına dair yeni razılaşmalar mövcuddur.

Xəbər lenti

Xəbər lenti