...

ARDHŞ-in "Azərineftinformatika" mərkəzinin işi təkmilləşdiriləcək

Energetika Materials 24 Avqust 2006 14:52 (UTC +04:00)

Avqustun 23-də ARDNŞ prezidenti Rövnəq Abdullayev ''Azneft'' İstehsalat Birliyinin ''Azərineftinformatika'' Hesablama

Mərkəzində olub. Trend in xəbər verdiyi kimi, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

ARDHŞ prezidenti müəssisənin işi ilə maraqlanıb və buradakı şəraitlə tanış olub. Daha sonra mərkəzin kollektivi ilə görüşən R. Abdullayev onların problemləri ilə maraqlanıb, arzu və təkliflərini dinləyib.

Görüşün sonunda ARDNŞ prezidenti ''Azərineftinformatika'' Hesablama Mərkəzinin işinin təkmilləşdirilməsi barədə ''Azneft'' İB-in və Mərkəzin rəhbərliyinə konkret tapşırıqlar verib.

Mərkəzin qarşısında neft hasilatı və təhvili uçotunun tam avtomatlaşdırılması, etibarlı əlaqənin yaradılması, məlumatların toplanması və digər vəzifələr durur.

Xəbər lenti

Xəbər lenti