...

ARDNŞ və Almaniyanın DAAD nümayəndələri kadr hazırlığı proqramını müzakirə edib

Energetika Materials 22 Sentyabr 2006 20:22 (UTC +04:00)

Sentyabrın 22-də ARDNŞ-də kadr hazırlığı proqramı çərçivəsində şirkətin işlər müdiri Xaliq Məmmədov, Almaniyanın DAAD təşkilatının Bakıdakı nümayəndəsi Ulrika Mitter və Aaxensk universitetinin professoru German Buxkremer arasında görüş keçirilib. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-dən məlumat verilib.

ARDNŞ nümayəndəsi qeyd edib ki, bu proqram şirkət üçün qərb ali təhsil müəssisələrində kadr hazırlığı məqsədilə nəzərdə tutulub. Bu il ARDNŞ-in hesabına 5 bakalavr və 25 magistrantın təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulur. Bu proqramı həyata keçirmək üçün ARDNŞ ABŞ, Böyük Britaniya, Fransa və digər Avropa ölkələrinin QHT-ləri sırasında DAAD təşkilatı ilə əməkdaşlıq etmək niyyətindədir.

Bakıda səfərdə olan Aaxensk universitetinin professoru G.Buxkremer qeyd edib ki, təmsil etdiyi təhsil müəssisəsi energetika, ölçü cihazları, nüvə texnologiyaları və digər sahələrdə mütəxəssislərin hazırlanmasında yaxşı nüfuz qazanıb. Bundan başqa hazırda universitet Çin, İran və Qazaxıstanla birgə kadr hazırlığı üzrə layihələr həyata keçirir.

Xəbər lenti

Xəbər lenti