...

2007-ci ildə Azərbaycan Rusiyadan təxminən 1 mlrd. kilovatt/saat elektrik enerjisi idxal etməyi planlaşdırır

Energetika Materials 14 Oktyabr 2006 12:31 (UTC +04:00)

Oktyabrın sonunda "Azərenerji" SC "Rusiya VES" RSC ilə 2007-ci ildə Azərbaycana Rusiyadan idxal olunacaq elektrik enerjisinin tarifi ilə bağlı danışıqlar aparacaq. Bu barədə Trend in Astanadakı xüsusi müxbirinə"Azərenerji" SC-nin mərkəzi dispetçer idarəsinin rəisi Nurəli Yusifbəyli MDB elektrik enerji Şurasının iclasında məlumat verib.

"Bu məsələ hələ müzakirə olunur. Biz 2007-ci ildə Rusiyadan təxminən 1 mlrd. kilovatt/saat elektrik enerjisi idxal etməyə hazırıq. Rusiya nümayəndələri bəyan edir ki, bu ilin qışında və gələn il elektrik enerjisinin gücü və istehsalı üzrə fiziki kəsir gözlənilir", - deyə o qeyd edib.

Mövcud razılaşmaya görə, bu il noyabrın 30-dək Azərbaycan Rusiyaya gecə 1 kVt-ı 1,6 sentə 350 mln kVt/s elektrik enerjisi satacaq. Öz növbəsində, Rusiya tərəfi Azərbaycana gündüz 1 kVt-ı 3,636 sentə 1 mlrd. kVt/s enerji tədarük edəcək.

Ötən il Rusiyadan Azərbaycana 1 mlrd. 033 kVt/s elektrik enerjisi tədarük olunub. 1 kVt enerjinin tədarük qiyməti 2,8 sentə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti