...

Nika Gilauri: Azərbaycanın "Şahdəniz" yatağından təbii qaz idxalına başlanmasının təxirə salınması Gürcüstan üçün problem yaratmayacaq

Energetika Materials 19 Oktyabr 2006 11:10 (UTC +04:00)

Azərbaycanın "Şahdəniz" yatağından təbii qaz idxalına başlanmasının təxirə salınması Gürcüstan üçün problem yaratmayacaq. Trend in Tiflisdəki xüsusi müxbirinin məlumatına görə, bu barədə Gürcüstan hökumətinin iclasından sonra energetika naziri Nika Gilauri bəyan edib.

Daha əvvəl isə "Şahdəniz" yatağından qaz ixracına noyabrın əvvəlində başlanacağı bildirilmişdir. Ancaq sonda bu tarix noyabrın sonuna təyin olunub.

"Qaz ixracına noyabrın əvvəlində və ya sonunda başlanması bizim üçün xüsusi əhəmiyyət kəsb etmir", - deyə N.Giluari bildirib.

O, qaz ixracına başlanmasının təxirə salınmasını texniki səbəblərlə əsaslandırıb. N.Giluari vurğulayıb ki, Gürcüstan və Azərbaycan qaz tədarükünün qiyməti və həcmi ilə bağlı hələ qəti razılığa gəlməyib.

Ehtimala görə, danışıqlar Türkiyənin texniki səbəblərlə əlaqədar olaraq ala bilmədiyi 300 mln kub metr həcmində qazın əlavə tədarükü ilə bağlı aparılır.

Xəbər lenti

Xəbər lenti