...

Azərbaycan neftinin qiyməti aşağı düşməkdə davam edir

Energetika Materials 31 Oktyabr 2006 12:02 (UTC +04:00)

Oktyabrın 31-də AZERI LT FOB Ceyhan neftinin qiyməti $57,46/barel təşkil edib, bu isə oktyabrın 27-dəki qiymətdən $1,49/barel azdır.

Trend xəbər verir ki, oktyabrın 31-də AZERI LT CIF Augusta neftinin qiyməti $58,37/barel təşkil edib, bu isə oktyabrın 27-dəki qiymətdən $1,63/barel azdır.

Azeri Light növlü neft BP-nin operatoru olduğu Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

Oktyabrın 31-də URAL (EX-NOVO) neftinin qiyməti $53,27/barel təşkil edib, bu isə oktyabrın 27-dəki qiymətdən $1,80/barel azdır.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, URAL növlü nefti Novorossiysk limanından satır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL nefti kimi satılır. URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.

Oktyabrın 31-də DTD neftinin qiyməti $56,83/barel təşkil edib, bu isə oktyabrın 27-dəki qiymətdən $1,44/barel azdır. DTD neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti