...

Salyan oil dekabrda yeni istismar quyusunun qazılmasına başlayacaq

Energetika Materials 28 Noyabr 2006 11:07 (UTC +04:00)

Salyan Oil əməliyyat şirkəti dekabrda "Kürsəngi-Qarabağlı" yatağında 5-ci istismar quyusunun qazılmasına başlayacaq. Bu barədə Trend ə şirkətdən məlumat verilib. Hazırda şirkət qazma üçün yerin ayrılması məsələsində bir sıra çətinliklə üzləşib. Bu problemlər həll olunduqdan sonra şirkət qazma işlərini davam etdirəcək. Bununla belə, başqa nöqtənin seçilməsi də istisna olunmur.

Bu quyuda işlərin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Daha əvvəl şirkət 4-cü quyunun qazılmasını başa çatdırıb. Şirkət nümayəndələrinin sözlərinə görə, quyunun layihə dərinliyi 3744 metr təşkil edir. Hazırda quyu mənimsənilir. Bu, istismar neft quyusu olacaq.

Bu il nəzərdə tutulduğu kimi, 8 deyil, 5 quyunun qazılması gözlənilir. Bu, işlərin həyata keçirilməsi zamanı yaranmış bir sıra problemlərlə izah olunur. Ancaq bütün işlərin yerinə yetiriləcəyi də istisna edilmir.

Xəbər lenti

Xəbər lenti