...

BP Azərbaycanda yeni sərmayələr haqqında məlumat verib

Energetika Materials 14 Dekabr 2006 13:06 (UTC +04:00)

BP Azərbaycan vətəndaşları üçün yeni böyük təhsil proqramının başlandığı haqda məlumat verib. Bu barədə Trend BP-nin məlumatına istinadən xəbər verir. Bu proqram BP-nin Azərbaycanın gələcəyi ilə bağlı uzunmüddətli öhdəliyinin bir hissəsi və yüksək keyfiyyətli təlim və təhsil vasitəsilə Azərbaycanın gənc və istedadlı vətəndaşlarının inkişafına qoyduğumuz sərmayənin davamıdır.

Təhsil sahəsində bu təşəbbüsün məqsədi istedadlı azərbaycanlı məzunlara öz təhsillərini Böyük Britaniyada davam etdirmək imkanı yaratmaqdan ibarətdir. Bura magistr elmi dərəcəsi almaq üçün 2007/2008-ci tədris ilində universitet kursları keçəcək ən azı 10 nəfər stipendiat daxil olacaqdır. Kurslar 2007-ci ilin payızında başlayacaq. Proqram dövlət idarəetmə, bank işi, maliyyə və mühasibat və iqtisadiyyat da daxil olmaqla bir sıra elm sahələrini əhatə edəcək.

"Biz təhsili və təlimi xüsusi diqqət mərkəzində saxlamağa davam edəcəyik və belə təşəbbüsləri maliyyələşdirməyi davam etdirməyi planlaşdırırıq, çünki təcrübəmiz göstərir ki, biz bu sahələrə ən səmərəli və ən davamlı töhfələrimizi verə bilərik. Biz əminik ki, Azərbaycanın gənc vətəndaşlarının istedadını dəstəkləməklə və karyerasını inkişaf etdirməklə biz ölkənin gələcəyinə birbaşa töhfə veririk", - deyə BP-nin ictimaiyyətlə əlaqələr üzrə direktoru Kler Bebbinqton bildirib.

"Biz həmçinin əminik ki, bu proqram Azərbaycanın gənc və istedadlı vətəndaşlarına ölkənin iqtisadi və sosial inkişafına xidmət etmək üçün öz layiqli yerlərini tutmağa imkan yaradacaq və öz xalqına çiçəklənən bir gələcək yaratmağa kömək edəcəkdir. Ümid edirik ki, qərb universitetlərində təhsilini başa vurub, Azərbaycana qayıtdıqdan sonra bu istedadlı gənclər bu ölkədə müsbət dəyişikliklərin hərəkətverici qüvvələri sırasında olacaqlar".

Proqramı BP şirkəti adından British Council həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti