...

Azərbaycan Rusiyanın elektrik enerjisini İran enerjisi ilə əvəz edə bilər

Energetika Materials 25 Dekabr 2006 16:07 (UTC +04:00)

Rusiya EES RSC-nin səlahiyyətli ekspert qrupu Azərbaycana elektrik enerjisi tədarükü üçün həcm və tariflər üzrə danışıqların aparılması üçün Bakıya gəlib. Trend xəbər verir ki, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

SC-nin məlumatında qeyd olunduğu kimi, Azərenerjinin vitse-prezidenti Marlen Əsgərovun sözlərinə görə, işgüzar və konstruktiv yanaşma təsdiq etməyə əsas verir ki, tərəflər bütün məsələlər üzrə kompromis əldə edə biləcəklər.

Bu zaman o qeyd edib ki, hər iki tərəfin maraqlarına cavab verəcək qəti qərar qəbul etmək üçün əlavə danışıqlar lazım olacaq.

Rusiya və Azərbaycan arasında enerji mübadiləsi ölkəni birləşdirən yeganə xətt- Yaşma-Dərbənd elektrik -ötürücü xətt üzrə həyata keçirilir. Onun 300 Mvt həcmində nominal keçirmə qabiliyyəti ildə 1 mlrd. kVt/saatdan çox elektrik enerjisi ixrac etməyə imkan verir. Ötürmələr əsasən Azərbaycanda elektrik enerjisi çatışmazlığı müşahidə olunan zaman həyata keçirilib.

2005-ci ildə Azərbaycana elektrik enerjisi tədarükünün həcmi 1 kVt/saatı 2,8 sent olmaqla, 1 mlrd. 003 kVt/saat təşkil edib. 2006-cı ildə tədarüklər artıq 1 kVt/saatı 3,636 sent olmaqla, 770 mln. kVt/saatı ötüb.

Bu ilin sonunadək elektrik enerjisinin tədarük şərtləri dəyişməz qalacaq. Əvvəl Rusiya ilə danışıqlar zamanı Rusiyadan elektrik enerjisi idxalının azaldılması və ya tam dayandırılması və tariflərin yüksəldilməsi məsələsi müzakirə edilib.

"Azərenerji" SC-nin prezidenti Etibar Pirverdiyevin əvvəl qeyd etdiyi kimi, 2007-ci ildə Azərbaycan Rusiyadan 700 mln. kVt/s elektrik enerjisi almaq niyyətindədir.

Onun sözlərinə görə, Rusiya tərəfi bildirib ki, bu il Azərbaycana elektrik enerjisi tədarüklərini xeyli azaldacaq. Əgər əvvəl qışda gecə saatlarında elektrik enerjisinin tədarük gücü təxminən 300 MVt təşkil edirdisə, o zaman gələn il bu göstərici 60 MVt-ı ötməyəcək. "Azərenerji"nin başçısı qeyd edib ki, əgər Rusiya tərəfi hər ay 100 kVt/s elektrik enerjisi tədarük edirdisə, o zaman gələn il bu həcm ayda 30 kVt/s-a qədər azalacaq.

Bundan başqa, Rusiya tədarük olunan 1 kVt/s elektrik enerjisinin tarifinin 4,1 sentə qədər yüksəldilməsi haqqında müraciətlə çıxış edib. Bu ilin sonunadək Azərbaycan Rusiyaya gecə saatlarında 350 mln. kVt/s həcmində elektrik enerjisinin 1 kVt/saatını 1,6 sentə satacaq. Öz növbəsində Rusiya tərəfi Azərbaycana gündüz saatlarında 1 kVt/saatının qiyməti 3,636 sent olan 1 mlrd. kVt/s elektrik enerjisi tədarük edəcək.

Ötən il ərzində Rusiyadan Azərbaycana 1 mlrd. 033 kVt/saat elektrik enerjisi tədarük olunub. Tədarüklər 1 kVt/saata görə 2,8 sent qiymətinə həyata keçirilib.

Azərenerjinin məlumatında qeyd olunub ki, Azərbaycan tədarükün şərtləri və həcmlərinin dəyişməməsinə təkid edir və qeyd edir ki, onlar İrandan olan elektrik enerjisi tədarükləri ilə əvəz oluna bilər.

Xəbər lenti

Xəbər lenti