...

Baş nazirin birinci müavini – Azərbaycan 2007-ci ildə neft məhsullarının istehsalını artıracaq

Energetika Materials 27 Dekabr 2006 10:22 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycan 2007-ci ildə Dövlət Neft Şirkətinin tərkibinə daxil olan iki Bakı NEZ-də neft məhsullarının həcmini artırmağı planlaşdırır. Azərbaycanın baş nazirinin birinci müaviniYaqub Eyubov çərşənbə axşamı bildirib ki, ölkə neft məhsullarına olan tələbatını özü tam ödəməyi planlaşdırır, ixracata isə az yer ayrılacaq.

O bildirib: "Neft məhsullarının istehsalının artırılması həmçinin Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə nəqlinin dayandırılması və yaxud müəyyən dərəcədə azaldılması ilə əlaqədardır".

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun sözlərinə görə, 2007-ci ildə ADDY vasitəsilə neft məhsullarının daşınmasında 2006-cı ilə nisbətən 10 faiz artım gözlənilir. Nazir bildirib: "Elektrik stansiyalarının işinin qazdan mazuta keçməsi halında, yalnız elə elektrik stansiyalarına hər ay 12 min tona yaxın mazut daşınacaq".

Bu il dəmir yolu vasitəsilə təxminən 16 mln.ton neft məhsullarının ixrac edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti