...

Bakıda alternativ enerji mənbələri ilə bağlı məsələlər müzakirə olunub

Energetika Materials 6 Aprel 2007 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Aprelin 6-da Sənaye və Energetika Nazirliyi yanında Koordinasiya Şurasının iclası keçirilib. İclasda alternativ və yeniləşən enerji mənbələrinin istifadəsi üçün Dövlət Proqramının həyata keçirilməsi məsələləri müzakirə olunub. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Koordinasiya şurasının sədri Rafiq Əliyev bu sahədə nazirlik tərəfindən aparılmış işlər barədə danışıb.

Şurada külək, su və günəş enerjisindən istifadə olunması üzrə təkliflər, xüsusən ARDNŞ tərəfindən külək enerjisi alınması üçün Xəzərin Cilov adasında qurulan pilot layihə ilə bağlı müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti