...

Gürcü deputatı "SOCAR Georgia Petroleum"da 24,6 faiz paya malikdir

Energetika Materials 1 May 2007 14:19 (UTC +04:00)

Gürcüstan, Tbilisi / müx. Trend N.Kirtsxalia/ Gürcüstan parlamentinin deputatı, "Müstəqil majoritarilər" fraksiyasının lideri, sabiq bankir Vano Çxartişvili Azərbaycan benzininin idxalının iştirakçısına çevrilir. Qeyd edək ki, Azərbaycanda istehsal olunan benzin qonşu respublikanın bazarında 45 faiz yer tutur.

Çərşənbə axşamı jurnalistlərə açıqlama verən Çxartişvili bildirib ki, o, ARDNŞ-in Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Georgia Petroleum"da 24,6 faiz paya malikdir. "SOCAR Georgia Petroleum" Azərbaycan benzininin Gürcüstana idxalı ilə məşğuldur.

"Mən bu şirkətin idarəçiliyində iştirak etmirəm. Bu işlə başqa adamlar məşğuldur" - deyə o bildirib.

Məlumat üçün bildirək ki, avtomobil benzini Bakıda Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunur. Bu zavod isə ARDNŞ-ə daxildir.

Xəbər lenti

Xəbər lenti