...

Azeri Drilling Company "Günəşli- 13" platformasından qazmaya başlayacaq

Energetika Materials 2 May 2007 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan Dövlət Neft Şirkətinin "Kompleks qazma işləri" tresti 25 iyuna qədər qazmaya başlamaq üçün avadanlıq, material alınması, onların quraşdırılması, təmiri və digər işləri həyata keçirməlidir. Bu barədə trestin baş geoloqu Mehman Yusifov bildirib. Trest Azeri Drilling Company Ltd. ilə 1 iyuldan qazma işlərinə başlamaq üçün qazma qurğusunu quraşdırmalıdır. Hər bir quyuya 50 gün sərf edilməsi nəzərdə tutulub.

"Günəşli- 13" platforması 3 il bundan öncə istismara verilib. Bu dövr ərzində platformadan 3 yüksəkdebitli quyu qazılıb. Onlardan ikisinin sutkalıq debiti 300 ton neftdir.

Qazma işləri "Bayıl Limanı" dəniz kəşfiyyat qazma idarəsi trərəfindən həyata keçirilib. 2006-cı ildə idarə "Günəşli" yatağında cəmisi 6 yüksəkdebitli quyu qazıb.

Azeri Drilling Company Ltd birgə müəssisəsinin təsisçiləri qismində Azərbaycan Dövlət Neft Şirkəti (35%), Panama Respublikasında qeydiyyatdan keçmiş "arget Petroleum Azerbaijan Corporation" (35%), "First Drilling Limited" (Şotlandiya) şirkəti (30 faiz) çıxış edib.

Müəssisənin fəaliyyət dairəsinə neft və qaz quyularının qazılması (həmçinin horizontal və xüsusi qazmalar), quyuların sementləmə və möhkəmləndirilməsi, mənimsəmə, tam və yeraltı təmir, geofiziki araşdırma daxildir.

"Kompleks qazma işləri" tresti Dövlət Neft Şirkətində "Bayıl Limanı" dəniz kəşfiyyat qazma idarəsinin bazasında mart ayında yaradılıb və ARDNŞ-in qazma strukturlarını özündə birləşdirir.

Xəbər lenti

Xəbər lenti