...

ARDNŞ: "Azərbaycan Bakı-Novorossiysk kəməri ilə neftin nəqlini davam etdirir"

Energetika Materials 3 May 2007 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend V.Şərifov/ Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neftin nəqlini davam etdirir. Bu barədə ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən bəzi KİV-lərdə rəsmi Bakının bu kəmərlə nefti daşımaqdan imtina etdiyi barədə yer alan informasiyaları şərh edərkən məlumat veriblər.

İdarə əməkdaşının sözlərinə görə, apreldə Bakı-Novorossiysk kəməri ilə 62 min ton neft ötürülüb. Mayda da analoji həcmdə neftin göndərilməsi planlaşdırılır. "Neftin ikinci rübdə Bakı-Novorossiysk kəməri ilə daşınmasına dair müraciət 186 min ton təşkil edir" - deyə idarə təmsilçisi bildirib.

Xatırladaq ki, 2007-ci il aprelin 1-dən Bakı-Novorossiysk xətti ilə yalnız "Azəri-Çıraq-Günşəli" yatağından hasil olunan yüngül neftin nəqli dayandırılıb. Qeyd edək ki, bu yataqda hasilat işləri Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (AMOK) tərəfindən aparılır.

AMOK üzrə tərəfdaşlar (onlar həmçinin "BTC Co" şirkətində pay sahibidir) Bakı-Novorossiysk kəməri ilə göndərilən nefti Bakı-Tbilisi-Ceyhana yönəldiblər.

AMOK-da iştirak edən ABŞ şirkətləri "ExxonMobil" və "Devon Energy" isə "BTC Co" üzrə tərəfdaş deyillər. Bu üzdən də onlar öz neftini dəmir yolu vasitəsi ilə Gürcüstanın Batumi limanına daşıyırlar.

Aprelin 1-dən Bakı-Novorossiysk boru kəməri ilə nefti yalnız ARDNŞ ötürür.

Mayda ARDNŞ Novorossiyskdən İsveçrənin Sanoil treyderi üçün 62 min ton neft göndərəcək.

Xəbər lenti

Xəbər lenti