...

"Şahdəniz" yatağından kondensat hasilatı təqribən 100 min tona çatıb

Energetika Materials 8 May 2007 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Xəzərin Azərbaycan sektorunda olan "Şahdəniz" yatağında yanvar-aprel aylarında kondensat hasilatı 95,654 min ton təşkil edib. Bu barədə çərşənbə axşamı BP Azerbaijan ("Şahdəniz" layihəsinin texniki operatoru) şirkətindən məlumat verilib.

Aprel ayında yataqda fəaliyyət göstərən yeganə quyudan 41,956 min ton kondensat hasil olunub. Bir quyudan 5,1 mln. kubmetr hasilatda alınan kondensatın həcmi 1,5 min tona bərabərdir.

Bütün kondensat Bakı-Tiflis-Ceyhan kəmərilə ixrac olunur. Hazırda "Şahdəniz" yatağındakı quyunun sutkalıq neft vermə qabiliyyəti 5,1 mln. kubmetrə çatır.

"Şahdəniz" yatağının "Mərhələ- 1" çərçivəsində 8,6 mlrd. kubmetr qaz hasil olunacaq. 2007-ci ildən "Şahdəniz"dən 2,8 mlrd. kubmetr qaz çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti