...

Gürcüstan prezidenti: Alternativ neft kəməri ciddi qarşıdurmaya baxmayaraq işləcəyək

Energetika Materials 12 May 2007 15:02 (UTC +04:00)
Gürcüstan prezidenti: Alternativ neft kəməri ciddi qarşıdurmaya baxmayaraq işləcəyək

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/Çoxlu sayda qarşıdurma və maneələrə baxmayaraq Azərbaycandan Avropaya alternativ neft kəmərinin təsisatı baş tutub. Gürcüstan prezidenti Mixail Saakaşvili Krakov enerji sammitinin yekunlarına əsasən Gürcüstan jurnalistlərinə bəyan edib.

Beş ölkə - Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa və Litva prezidentləri Krakovda enerji sammitində alternativ neft kəmərinin yaradılması barədə razılığa gəlib. Bu neft kəməri enerji daşıyıcılarının Avropaya çatdırılmasını təmin edəcək. Razılıqların reallaşdırılması üçün xüsusi şirkət yaradılacaq və şirkətin işini bu ölkələrin prezidentləri koordinasiya edəcək. Bu dəhliz vasitəsilə həmçinin Qazaxıstan nefti də keçəcək. Bu layihə enerji daşıyıcılarını Rusiyadan yan keçməklə Avropaya çatdırmağı nəzərdə tutur.

"Biz, parktiki olaraq Avropaya yeni neft kəmərini əsaslandırmışıq. Bu neft kəməri mövcud Bakı-Tbilisi-Ceyhan boru kəmərinə paralel olacaq. Hər iki layihə əhəmiyyətlidir, yeni xətt həmçinin böyük strateji əhəmiyyətə malikdir", deyə Gürcüstan lideri vurğulayıb.

Saakaşvili qeyd edib ki, Rusiya faktiki olaraq Qazaxıstan və Turkmənistanın iştirakı ilə alternativ sammit təşkil edib. Lakin bu Xəzər neftinin Gürcüstan, Ukrayna və Polşa ərazisindən keçməklə Avropaya çatdırılması haqqında "çərçivə sazişi"nə mane olmadı.

"Heç kəsin gözləmədiyi bir anda bu qərar qəbul olundu və bu xəttin təsisatına böyük qarşıdurma göstərildi", - deyə Gürcüstan prezidenti qeyd edib.

Xəbər lenti

Xəbər lenti