...

Azərbaycan Dövlət Neft Şirkəti dövlətə qaz verilməsini əhəmiyyətli dərəcədə artırıb

Energetika Materials 18 May 2007 13:25 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkəti dövlətə qaz verilməsini əhəmiyyətli dərəcədə artırıb

Azərbaycan,Bakı/müxbir Trend V.Şərifov/ Azərbaycan Dövlət Neft Şirkəti cümə günü dövlətə qaz verilməsinin rekord həcmlərini elan edib.

Şirkətin mətbuat xidmətindən verilən məlumata əsasən, bu gün ADNŞ ilk dəfə olaraq dövlətə qaz verilməsi həddini keçərək 14 mln. kubmetr yanacaq verib, hədd illik ekvivalentdə 5,11 mlrd. kubmetr təşkil edir.

2006-cı ilin mayında ADNŞ-in dövlətə verdiyi qazın həcmi sutkada 9,3 mln. kubmetr təşkil edib, bu da illik ekvivalentdə 3,394 mlrd. kubmetr təşkil edib. Beləliklə, ADNŞ keçən ilin mayında qaz verilməsinin illik ekvivalentini 1,7 mlrd. kubmetr və ya 50 faiz artırıb.

Qaz hasilatının artırılması üzrə tədbirlər "ADNŞ-in qaz proqramı"nın reallaşdırılması çərçivəsində həyata keçirilir. Azərbaycan prezidenti şirkət qarşısında 2008-ci il üçün dövlətə qaz verilməsini ildə 8 mlrd. kubmetr yanacağa qədər artırmaq tapşırığı qoyub.

Xəbər lenti

Xəbər lenti